Almaniyanın 3-cü Bundesliqasında mübarizə aparan "Proyssen”in çalışdırıcısı Marko Antverpen komandasının gələn mövsüm üçün perspektivini dəyərləndirib.
Fanat.Az xəbər verir ki, mütəxəssis Şimal-şərqi regional liqada mücadilə edən Berlin "Dinamo”sunu "Proyssen”ə dəyişən Rüfət Dadaşovu da unutmayıb. Antverpen belə deyib: "Komandanın "onurğa”sını müəyyənləşdirmişik. Niklas Haydeman, Rüfət Dadaşov və Dominik Lanius kimi üç yaxşı futbolçu götürmüşük. Hər üçü gücümüzə güc qatacaq səviyyədə oyunçulardı”.
Fanat.Az