"Qəbələ” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Neftçi” ilə cavab matçından öncə xoş xəbər alıb.
Fanat.Az xəbər verir ki, ilk görüşdə öz meydanında "ağ-qaralar”a 1:2 hesabıyla uduzan "qırmızı-qaralar” əsas qapıçısının xidmətindən yararlana biləcək. Ukraynalı qolkiper Dmitri Bezotosnı dünən axşam baş tutan məşqdə tam gücüylə iştirak edib və bu gün "Bakcell Arena”da reallaşacaq qarşılaşmada meydana çıxa biləcək.
Qeyd edək ki, oyunun start fiti 20:00-da səsləndiriləcək.
Fanat.Az