Almaniyanın "Ayntraxt" klubunun U-19 komandasından qovulan Renat Dadaşov hazırda Berlin "Dinamo"sundadı.
Fanat.Az-ın məlumatına görə, millimizin forvardı böyük qardaşı Rüfət Dadaşovun şərəfini qoruduğu regional liqa komandasında məşq edir. Hücumçu bir neçə təklif alsa da, qərar verməyə tələsmir. Yeni iş yeri ilə bağlı mövsümün sonunda konkret addım atmağı planlaşdıran Renatın Azərbaycandan da təklif aldığını bildirək.
Fanat.Az