13:20 23.04.2018 1132

"Səbail" Rahilsiz, "Kəpəz" Şəhriyarsız qaldı

Topaz Premyer Liqasının XXIV turunun ikinci oyun günündə "Səbail” və "Kəpəz”in futbolçuları cəzalı duruma düşüb.

 

Fanat.Az-ın məlumatına görə, çempionatın debütantının üzvü Rahil Məmmədov 4-cü, Gəncə komandasında isə Şəhriyar Əliyev 8-ci sarı vərəqəsini alıb.

Şəhriyar "Qəbələ” ilə aprelin 28-də oynanılacaq səfər matçını buraxacaqsa, Rahil ertəsi gün Sumqayıtda meydan sahiblərinə qarşı forma geyinə bilməyəcək.

 

Qeyd edək ki, turun ilk günündə "Zirə”nin futbolçusu Milan Duriç 8-ci sarı vərəqəni aldığından cəzalı duruma düşmüşdü.

 

Fanat.Az

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

Facebookdan bizi izləməyi unutmayın.
X