Topaz Premyer Liqasında XXV turun oyun cədvəli müəyyənləşib. Fanat.Az xəbər verir ki, üç gün ərzində reallaşacaq turun bütün görüşlərinin yeri və vaxtı açıqlanıb.
Bu turda ilk "dördlük”də qərarlaşan komandalar aşağı sıralarda yer alanlarla görüşəcək. Aprelin 27-də "Zirə” – "Qarabağ” matçı ilə start götürəcək tur iki gün sonra "Sumqayıt” – "Səbail” qarşılaşması ilə yekunlaşacaq. Digər iki görüş – "Keşlə” – "Neftçi” və "Qəbələ” – "Kəpəz” oyunları aprelin 28-də baş tutacaq.
27 aprel (cümə)
19:00. "Zirə” – "Qarabağ”
Zirə İdman Kompleksinin stadionu
28 aprel (şənbə)
16:00. "Keşlə” – "Neftçi”
"İnter Arena”
18:00. "Qəbələ” – "Kəpəz”
Qəbələ şəhər stadionu
29 aprel (bazar)
19:00. "Sumqayıt” – "Səbail”
Sumqayıt. Şəhər stadionu
Fanat.Az