18:24 24.04.2018 1640

Xaqani Məmmədov: \"Emin Dabonu vurmur\" (MÜSAHİBƏ)

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun müsahibə verib.
 
Fanat.Az xəbər verir ki, Məmmədov gündəmdə olan məslələr barədə sualları cavablandırıb.
 
- Topaz Premyer Liqasının XXIV turunda keçirilən "Neftçi” – "Qəbələ” (1:0) matçından sonra qonaqların baş məşqçisi Roman Qriqorçuk hakimliyi günahlandırmışdı. Onun ən çox narazı qaldığı məqam "Neftçi”nin vurduğu qol epizodundan əvvəl təyin olunan cərimə zərbəsi idi...
- Həmin epizodda hakim tam haqlı qərar vermişdi. Hələ "Qəbələ”nin futbolçusuna sarı vərəqə də göstərməli idi. Yəni, o vəziyyətə görə narazılıq etmək yersizdi.

- "Neftçi” isə 63-cü dəqiqədə meydandan qovulan yarımmüdafiəçi Emin Mahmudovun ikinci sarı vərəqəsinin ləğvi üçün müraciət edib. Qarşılaşmanın hakim-inspektoru və komitə sədri kimi, İnqilab Məmmədovun bu qərarını necə dəyərləndirərdiniz?
- Fikir vermisinizsə, Emin həmin epizodda ayağını arxaya çəkir. Hakimin rakursundan elə görünür ki, rəqibini vurur, sonra ayağını çəkir. Lakin təkrardan görünür ki, Emin Dabonu vurmur. Yəni, hakimin cərimə zərbəsi təyin etməsi və ikinci sarı vərəqəni göstərməsi yanlış qərar idi.
 
- Razısınız ki, həmin epizodda Baqali Dabo referini ustalıqla altdatmağı bacardı?
- Doğrudu. Ümumiyyətlə, "Qəbələ”də hakimi peşəkarlıqla aldatmağı bacaran bir neçə futbolçu var. Biri elə Filip Ozobiç.
 
- "Sumqayıt”ın baş məşqçisi Samir Abasov da son vaxtlar aqressivləşib. Həm ölkə kubokunda "Keşlə” (0:1) ilə ilk oyunda, həm də çempionatın ötən turunda "Qarabağ”la (0:1) matçda kəskin etirazla yadda qalmışdı...
- Abasov ilboyu narazılıq edir. Görün, neçə dəfə texniki zonadan uzaqlaşdırılıb. Samir güclü, perspektivli məşqçi və yaxşı insandı. Amma bu adamı meydanda tanımaq olmur, emosiyalarını cilovlaya bilmir. Onun bu hərəkəti artıq futbolçularına da keçib. Fikir verirsinizsə, son matçlarda "Sumqayıt”da eniş baş verir. Bu da onunla bağlıdı ki, eyni anda həm kubok, həm də çempionatda mübarizə aparırdılar və ehtiyat oyunçular skamyası qısadı. Eyni oyunçularla 2-3 gündən bir futbol oynamaq çətindi. Bu da zəif çıxışa gətirib çıxarır. Abasovun "Qarabağ”la matçdan sonrakı hərəkətləri heç bir çərçivəyə sığmır. Onun tələb etdiyi vəziyyətdə hakim tamamilə haqlı idi. Rəqibin qapıçısına sarı vərəqə verilməsini istəyirdi. Axı nə əsasla? Hücum qapıçıya qarşı edilib. Həmin anda qolkiper nə edib ki, ona sarı vərəqə verilsin?
 
- Ölkə kubokunda yarımfinal mərhələsinin ilk görüşündən sonra Samir Abasov bildirmişdi ki, "Keşlə”nin bir neçə oyunçusu limitdə olduğu üçün hakim qəsdən onlara sarı vərəqə göstərmədi. Üstəlik, bunu "yuxarıdan” edilmiş tapşırıqla əsaslandırmışdı...
- Bu, absurd fikirdi. Hansı oyunçunun neçə sarı vərəqəsi olduğunu heç bir hakim və Hakimlər Komitəsi bilmir. Buna PFL-in texniki şöbəsi baxır. Hakim kimin nə qədər vərəqəsi olduğunu bilmir, meydandakı qayda pozuntusuna görə qərar verir. O ki qaldı tapşırığa, sözü deyəndə diqqət yetirmək lazımdı. Kimin nəyinə lazımdı, tapşırsın ki, filan futbolçuya sarı və ya qırmızı vərəqə göstərin? Hansısa hakim səhvən vərəqə verirsə və ya vermirsə, o demək deyil ki, ona bu tapşırılıb. Hesab edirəm ki, bu, ucuz söhbətdi.
 
- Ümumiyyətlə, son vaxtlar baş məşqçilər kəskin etirazlarla diqqət çəkirlər. Həqiqətən də, hakimlər qənaətbəxş idarəçilik etmirlər, yoxsa məşqçilər uğursuzluğa bu yolla səbəb axtarırlar?
- Səbəbini hamı çox gözəl bilir. Bütün bunlar niyə mövsümün sonlarında baş verir? Çünki mövsümün əvvəlində sponsorlara, prezidentlərə "yağlı” vədlər verilir. Mövsümün sonlarında vəziyyət gərginləşdikcə, nəticə qazanılmayınca, başlayırlar hədəf axtarmağa. Hədəf də hakimdi. Bəs filankəs qoymadı qələbə qazanıb Avropaya düşək. Hansısa oyunda da hakimin təsadüfi bir səhvi olsa, bunu əllərində "kozır” edirlər. Günahı özlərində axtarmalıdılar, hakimlikdə deyil.
 
- Bu təzyiqlər hakimlərə mənfi mənada təsir göstərmir? Və həmin komandanın növbəti matçında daha ehtiyatlı idarəçilik etmələrinə səbəb olmur?
- Xeyr, qətiyyən. 5-6 il əvvəl sizinlə razılaşardım. Amma indi hakimlər də "bişiblər”, peşəkarlaşıblar. Hansısa məşqçinin hoppanıb-düşmələri hakim üçün əhəmiyyətli deyil. Lazım gələndə texniki zonadan uzaqlaşdırırlar. Məşqçilər əsəblərinə hakim olmalıdılar.
 
- Son olaraq UEFA Gənclər Liqasının yarımfinal mərhələsində "Mançester Siti” – "Barselona” (4:5) matçının baş hakimi Əliyar Ağayevin idarəçiliyi ilə bağlı fikirlərinizi bildirərdiniz...
- Həmin matçın hakim-inspektoru UEFA Hakimlər Komitəsinin rəhbəri Pyerluici Kollina idi. Əvvəlcə hakim-inspektor fransız təyin olunmuşdu. Lakin sonradan Kollina özü olmaq istədi. Əliyar Kollinanın nəzarətindədi. Ona elə-belə yanaşmır. Ötən il Əliyarın I kateqoriyaya keçməsi təklif olunanda Kollina daha bir il baxmaq istədiyini demişdi. Artıq həmin bir il keçib. Bunun üçün indi yayı gözləyək.
 
Mənbə: apasport

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X