"Qarabağ"a qol vuranda atam sevincindən telefonunu sındırdı".
Fanat.Az xəbər verir ki, bu sözləri "Fiorentina"nın futbolçusu Federiko Kyeza deyib.
"Times" nəşrinə danışan 21 yaşlı hücumçu "Qarabağ"la oyunu xatırlayıb: "Peskara" ilə oyunda qırmızı vərəqə alanda atam məni 3 gün danışdırmadı. Amma "Qarabağ"a qol vurduğum oyunda sevincindən telefonunu sındırmışdı".
Qeyd edək ki, 2016/17 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la "Fiorentina" rəqib olub. Federiko "Qarabağ"la oyunun 84-cü dəqiqəsində komandasına qələbə qazandıran qola imza atıb. O, 1996-2001-ci illər ərzində İtaliya milli komandasında çıxış etmiş məşhur Enriko Kyezanın oğludu.
Fanat.Az