"Oyun gözlədiyim kimi keçdi. Qol fürsətlərini reallaşdırmaq lazım idi”.
Fanat.Az-ın məlumatına görə, bunu "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib. Topaz Premyer Liqasının XXVI turunda "Keşlə” ilə qarşılaşan "qırmızı-qaralar” 1:1 hesablı bərabərliyə imza atıblar.
Matçdan sonra təşkil edilən mətbuat konfransında Qriqorçuk belə deyib: "Xüsusilə, birinci hissədə bəzi qol epizodlarını strateji cəhətdən qola çevirməliydik. Əgər bunları yoluna qoysaydıq, bu tip oyunlarda qalib gələ bilərdik. Çempionat adına çox yaxşı oyun idi”.
- Sanki rəqibin aparıcı oyunçuları kubok finalına görə bilərəkdən sizə xələl gətirmək istəyirdilər və bu səbəbdən də aqressiv oynayırdılar. Buna münasibətiniz? Bir də, hakimin qərarlarına etiraz edirsiz...
- Hakimin icazə verdiyi qədər sərt oynayırlar. Burda olduğum 3 il ərzində hakimlərlə bağlı bir neçə hal olub. Bəzən oyunçularım hakim qərarlarından şoka düşürlər. Mənə baxırlar, kömək istəyirlər. Mən də bu gün hakim qərarlarına etiraz etməyə çalışırdım.
- Final üçün hansısa bir kart saxlamısız, yoxsa hamısını bu gün açdız?
- Son zamanlarda yaxşı futbol nümayiş etdiririk. Biz bu oyundan öncə heç də kubok matçını düşünməmişdik. İrəlidə üç həftəlik məşq dövrü, üstəlik, hər iki komandanın oynayacağı iki oyun. Sadəcə, hər oyundan öncə rəqibi analiz edib, güclü və zəif tərəflərini öyrənib, önləm alırıq.
Fanat.Az