Topaz Premyer Liqasının XXVII turunda keçiriləcək "Neftçi" - "Səbail" oyununun məkanı müəyyənləşib.
Fanat.Az "Səbail"in rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, qarşılaşma "Dalğa Arena"da oynanılacaq. Mayın 12-də keçriləcək görüş saat 19:00-da başlayacaq.
Qeyd edək ki, "Bakcell Arena" təmirə bağlandığından "Neftçi" bu mövsüm sonuncu ev oyununu "Dalğa Arena"da keçirəcək.
Fanat.Az