Topaz Premyer Liqasında XXVII turun təqvimi müəyyənləşib. Fanat.Az xəbər verir ki, hesabat turunun bütün matçları eyni gündə baş tutacaq.
Mayın 12-də keçiriləcək qarşılaşmalardan 3-ü paytaxtda oynanılacaq. 8-ci km qəsəbə stadionu təmirə bağlandığından, "Neftçi” şənbə günü "Səbail”i "Dalğa Arena”da qəbul edəcək.
12 may
17:00. "Keşlə” – "Qarabağ”
"İnter Arena”
19:00. "Sumqayıt” – "Qəbələ”
Sumqayıt şəhər stadionu
19:00. "Neftçi” – "Səbail”
"Dalğa Arena”
19:00. "Zirə” – "Kəpəz”
Zirə İdman Kompleksinin stadionu
Fanat.Az