FIFA referi köməkçisi Rza Məmmədov 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsindəki növbəti təyinatını alıb.
Fanat.Az xəbər verir ki, həmyerlimiz A qrupunun İsveçrə - İngiltərə qarşılaşmasında rumın baş hakim Fesnik Horatiu Mirceaya kömək edəcək. Görüşün digər yan xətt hakimi şotlandiyalı Duqlas Potter, 4-cü hakimi Robert Hennessi olacaq.
Qeyd edək ki, oyun sabah baş tutacaq və Bakı vaxtı ilə saat 22.00-da start götürəcək.
Fanat.Az