Riçard Almeyda "Qarabağ”dan gedə bilər.
Fanat.Az xəbər verir ki, Ağdam klubuyla olan müqaviləsinin müddəti iyunda bitəcək futbolçu yeni anlaşma imzalamağa tələsmir.
29 yaşlı braziliyalı yarımmüdafiəçi 6 ildi şərəfini qoruduğu "Qarabağ”dan daha yüksək məbləğdə məvacib istəməyə hazırlaşır. Rəhbərliyin Azərbaycan millisində 8 oyun keçirən cənubi amerikalıya haqq etdiyindən artıq maaş verməyəcəyi isə dəqiqdi.
Belədə yarımmüdafiəçi İtaliya və Türkiyədən aldığı konkret təklifləri dəyərləndirəcək.
Qeyd edək ki, Riçard 2012-ci ildən şərəfini qoruduğu "Qarabağ”la 5 dəfə Azərbaycan çempionu və 3 dəfə ölkə kubokunun qalibi olub.
Fanat.Az