Bu ilin martında Almaniya "Ayntraxt”ından qovulan Renat Dadaşov "Neftçi”də peyda ola bilər.
Fanat.Az xəbər verir ki, Frankfurt klubunun U-19 komandasından intizamsızlığa görə uzaqlaşdırılan gənc hücumçu 3-cü Bundesliqada mübarizə aparan 2 klubdan təklif alıb. Aldığı təkliflərə "hə” deməyə tələsməyən forvard iyun ayını gözləyir.
Millimizdə debüt şansı qazanmış Dadaşovun "Neftçi” variantını isə lazım olacağı halda AFFA təşkil edəcək. "Ağ-qaralar”ın çalışdırıcısı Tərlan Əhmədov Renat haqda düşünməsə də, rəhbərlik mümkün keçidi müzakirə edib. Hərçənd Azərbaycan çempionatına üz tutmaq perpektiv baxımından sonuncu variantdı.
Fanat.Az