Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.
Fanat.Az xəbər verir ki, iclasda 2018-2019-cu il mövsümündə UEFA-nın klub turnirlərində iştirak etmək üçün müraciət etmiş "Keşlə”nin sənədlərinə baxılıb.
AFFA "Keşlə”yə istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciət etmişdi. UEFA müraciətin baxılması üçün prosesə başlayaraq həm AFFA, həm də "Keşlə” PFK tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb etmişdi. Tələb olunmuş bütün sənədlər UEFA-ya qaydasında və vaxtında təqdim olunub və UEFA müraciəti müsbət cavablandırıb. Bu qərara əsasən, "Keşlə” PFK 2018/19 mövsümündə UEFA lisenziyasını almaq hüququna malikdi.
AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2017) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra qərara alıb ki, "Keşlə”yə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya verilsin.
Fanat.Az