"Riçard Almeydaya çox ciddi təkliflər var. Bir, iki komandadan deyil. Özü belə qərara gələ bilməyib. Müqavilə müddətinin sonuna kimi can-başla mübarizə apardı. Yeni təklif var deyə özünü zədədən qorumadı. Riçard mənim üçün dostdu. Onun oyununa baxanda həmşə həyəcanlanacam. Çox istərdim ki, bundan sonra da uğurlu olsun".
Fanat.Az xəbər verir ki, bu sözləri U-20 və U-21 millilərimizin baş məşqçisi, "Qarabağ"ın kapitanı Rəşad Sadıqov deyib.
U-20 millimizin Gürcüstan yığması ilə yoldaşlıq oyunundan (1:2) sonra jurnalstlərin suallarını cavablandıran Sadıqov "Qarabağ"la bağlı da danışıb. O, "Qarabağ”da gedənlər çoxdu. Komandanı yenidən qurmaq çətin olmayacaq?" sualına belə cavab verib: "Əlbəttə, çətin olacaq. Bir neçə il idi ki, komanda bir yerdə oynayırdı, komplektləşmişdi. Bizim üçün ən çətin transfer dönəmi olacaq. Yaxşı futbolçu tapmaq çətindi. Bizə deyirlər ki, niyə güclü futbolçu transfer etmirsiniz? Gəlmirlər, vallah gəlmirlər. Baxırlar ki, çempionatda 8 komanda var. 4-5-i süni örtükdə oynayır, azarkeş sayı azdı. Bizi rezerv kimi 2-ci, 3-cü planda saxlayırlar ki, digərləri alınmasa, bura gəlsinlər".
Fanat.Az