22:50 21.05.2018 1597

Abdulbari Gözəl: "Büdcəmiz ötən mövsümlərdəki kimi olmayacaq"

"Qarabağ"ın prezidenti Abdulbari Gözəl ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olduqdan sonra brifinq keçirib. 

- Bu çempionluğu necə dəyərləndirərdiniz?
- İlk gündən "Qarabağ"a dəstək verdik. Adı, ruhu üçün dəstək verdik. Məqsədimiz "Qarabağ"ı tanıtmaqdır. "Qarabağ"la çempion olduq, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Bunların hamısını bacara bildik. "Qarabağ"ı dünyaya çıxardıq, komandamız Azərbaycanın səsi oldu. Buna görə çox sevinirik. Azərbaycan xalqı da komandamızı çox dəstəklədi. Şirkət olaraq da əziyyət çəkən, zəif təbəqənin yanındayıq. İnsanları işlə təmin edirik. Bəzən deyirlər ki, "Azersun" fəhlə şirkətidir. Bu, bir həqiqətdir. Xeyli insanın əməyini bir araya gətirib, onlara rəhbərlik edirik. Sevinirik ki, ardıcıl 5-ci ildir çempion oluruq.

- Çempionlar Liqasında nəyə ümid edirsiniz?
- Bu mövsüm işimiz çox çətindir. Çünki Avropanın ən güclülərinə Çempionlar Liqasının təsnifat mərhələlərində rəqib olacağıq. Ona görə də hazırlıqlar görəcəyik. Baş məşqçimiz Qurban Qurbanov ağıllı insandır. Biz ona hər cür səlahiyyət vermişik. Özü də nə etməli olduğu üzərində düşünüb. Ümidvaram ki, yaxşı nəticə göstərəcəyik.

- Yeni transferlər olacaqmı?
- Mütləq! Bir neçə gün səbirli olsanız, görəcəksiniz. Yaxşı alternativlər var.

- Avropanın transfer bazarında qiymətlərin qalxması "Qarabağ"ın siyasətinə təsir edəcəkmi və büdcəniz artırılacaqmı?
- Büdcə ötən mövsümlərdəki kimi olmayacaq. Amma təbii ki, bu gün Avropa ilə ayaqlaşmaq çox çətindir. Onlar illərin klublarıdır, bilet satırlar, gəlirləri var. Onlar klubdan pul qazanırlar. Biz isə kluba sərmayə qoyuruq. Qoy, Azərbaycanda elə bir gün yetişsin ki, camaat varlansın, pullansın, biz də biletin birini 50 manata sataq. O zaman bizim də pulumuz olacaq, biz də Avropadakı klublar kimi olacağıq.

- Bəs qoyduğunuz vəsaitin Avropadan sizə gəlir gətirəcəyini nəzərə almısınız?
- Əlbəttə, bunu da nəzərə alırıq. Çünki avrokuboklara yüksəlməsək, çox şey itiririk. Vəsiqə qazandıqda xərcimizin çox hissəsini geri qaytara bilərik. İrəli getməyə məcburuq. Futbol isə yuvarlaqdır. Dönə-dönə hara getdiyi bilinmir. Bir az da şans, cürət, çalışmaq öz rolunu oynayır. Biz komandaya tam dəstək veririk. (Report)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

Facebookdan bizi izləməyi unutmayın.
X