Berlin "Dinamo”sunun hücumçusu Rüfət Dadaşov "Berliner” üzərində qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, Regional Liqa Kubokunun finalında qazandıqları 2:1 hesablı zəfərin ardından azərbaycanlı hücumçu belə deyib:
"Apreldən bəri ilk oyunum idi. Söz vermişdim ki, qayıdacam və qol vuracam. Verdiyim sözü tuta bildiyim və "Dinamo” ilə mükafatla vidalaşdığım üçün şadam”.
Qeyd edək ki, komandasının hər iki qoluna növbəti mövsümə 3-cü Bundesliqa təmsilçisi "Proyssen”də başlayacaq Dadaşov imza atıb.
Fanat.Az