"Sumqayıt”dan gedən Samir Abasov üçün "Zirə” variantı açıq olaraq qalır.
Fanat.Az-ın xəbərinə görə, "kimyaçılar”la yolları ayıran mütəxəssis ölkə kubokunun finalından sonra qəsəbə komandasına yollana bilər. Sözügedən çalışdırıcını gələn "futbol ili”ndə "Səbail”in də "sükanı arxası”nda görməyimiz mümkündü. Bu, "Zirə” rəhbərliyi Ayxan bəyə finalın ardından etimad göstərəcəyi təqdirdə reallaşacaq.
Xatırladaq ki, Azərbaycan kubokunun finalında "Qəbələ” "Keşlə”ni məğlub etsə, "Zirə” Avropa Liqasına vəsiqə qazanacaq.
Fanat.Az