İqnasio Errera "Neftçi"dən ayrılır.
Fanat.Az xəbər veirr ki, futbolçu bu barədə şəxsi "Instagram" hesabında yazıb.
"Birlikdə gözəl vaxt keçirdik, hər şey üçün təşəkkürlər. Çox sağ olun" deyə 31 yaşlı çilili yarımmüdafiəçi qeyd edib.
Qeyd edək ki, ötən ilin yanvarında Qazaxıstanın "İrtış" klubundan "Neftçi"yə transfer olunan Errera başa çatan mövsümdə Premyer Liqada 28 oyun keçirirək 8 qol vurub və 5 məhsuldar ötürmə edib. O, komandanın çempionatda ən çox qol vuran oyunçusu olub.
Fanat.Az