"Səbail”in yeni baş məşqçisi məlum olub.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, milli komandanın sabiq üzvü Aftandil Hacıyevlə 2+1 illik müqavilə imzalanıb.
Aftandil Hacıyev ötən mövsüm "Qarabağ”ın əvəzedici heyətinin baş məşqçisi olub.
Qeyd edək ki, "Səbail" bir neçə gün əvvəl baş məşqçisi Samir Əliyevi istefaya göndərib.
Fanat.Az