"Səbail" daha 2 futbolçu ilə yollarını ayırıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Vüqar Nadirov və Ruslan Əmircanovun müqavilələri başa çatdığına görə komandanı tərk etməli olublar.
Qeyd edək ki, "Səbail" bundan öncə Elman Taqayev, Ayrton Stati, Nikoloz Apakidze, Murad Ağayev, Vahit Orazsahedov, Nurlan Novruzov, Raul Yaqubzadə, Kərim Diniyev, Faruk Miya və Yevgeni Koçukla yollarını ayırmışdı.
Fanat.Az