9 futbolçusu ilə yollarını ayıran "Qarabağ" ilk transferini reallaşdırıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Ağdam klubu Cavid İmamverdiyevi heyətinə qatıb. Klub transferlə bağlı rəsmi açıqlamanı yaxın gündərdə verəcək.
Qeyd edək ki, ötən yay "Neftçi"dən "Sumqayıt"a keçən Cavid başa çatan mövsümdə 30 rəsmi oyuna çıxaraq 7 qol vurub və 5 məhsuldar ötürmə edib. Milli komandamızda 4 oyun keçirmiş 27 yaşlı yarımmüdafiəçi əvvəllər "Karvan" və Türkiyəni "Elazığspor" klublarında da çıxış edib.
Fanat.Az