"Əlbəttə, xaricdə oynamaq, Azərbaycanı kənarda təmsil etmək istəyirəm. Lakin "Qəbələ” ilə 6 aylıq müqaviləm var. Buna görə, indidən nəsə deyə bilmərəm".
Fanat.Az xəbər verir ki, bu sözləri milli komandamızın üzvü Araz Abdullayev deyib.
Futbolçu Cənubi Kiprin "Anortosis” klubundan ayrılma səbəbini açıqlayıb: "Əlbəttə, orda qalmaq istəyirdim. Karyeramı xaricdə davam etdirməyi arzulayıram. Lakin klublar arasında bəzi problemlər oldu. Hazırda "Qəbələ”nin üzvüyəm".
Fanat.Az