"Zirə" 6 futbolçusu ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, baş məşqçi postunda saxlanıla Ayxan Abbasov Yovan Krneta, Milan Duriç, Viktor İbekoyi, Yani Urdinov və Comal Evans Uilyamsdan imtina edib. İlk 3 futbolçunun müqaviləsi başa çatıb, digərləri komandada icarə əsasında çıxış edirdi.
Daha bir icarədə olan futbolçu - Elşən Abdullayev də yola salınıb. O, "Qarabağ"ın düşərgəsinə dönüb.
Əvəzində ötən mövsüm "Keşlə"də icarəyə götürülən Mirsahib Abbasovla bir illik müqavilə imzalanıb. Həmçinin qapıçılar - Anar Nəzirov və Kamal Bayramovun müqaviləsi 1 illik uzadılıb.
Fanat.Az