"Zirə” heyətində "təmizləmə işləri” aparmaqda davam edir.
Faat.Az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi daha 2 oyunçu ilə sağollaşıb.
Söhbət yerli futbolçular Orxan Əliyev və Aleksandr Şemonayevdən gedir. Klubla müqavilə müddəti başa çatan adıçəkilən oyunçularla yeni sazişə ehtiyac duyulmayıb.
Bununla bakılıların yola saldıqları futbolçu sayı 8-ə çatıb. Orxan və Aleksandra qədər Yani Urdinov, Comal Evans Uilyams, Elşən Abdullayev, Yovan Krneta, Milan Duriç və Viktor İqbekoyi "Zirə”ni tərk etmişdilər.
Fanat.Az