"Sumqayıt"ın danışıqlar apardığı baş məşqçinin kimliyi müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "gənclik şəhəri" Fizuli Məmmədovla danışıqlara başlayıb. Milli komandamızın sabiq üzvü yaxın günlərdə komandanın baş məşqçisi ola bilər.
Qeyd edək ki, "Sumqayıt"ın baş məşqçisi Samir Abasov mövsüm başa çatan kimi istefa verib. Fizuli Məmmədov son olaraq "Səbail"in U-19 komandasına başçılıq edib.
Fanat.Az