"Sumqayıt”da daha bir futbolçunun taleyinə aydınlıq gəlib.
Fanat.Az-ın məlumatına görə, müdafiəçi Rail Məlikov karyerasını "gənclik şəhəri” təmsilçisində davam etdirmək qərarına gəlib.
Sənədlə 33 yaşı olan "lipa" futbolçu (əslində Məlikovun 36 yaşı var) yeni 1 illik müqaviləyə qol çəkib. Bununla da Vurğun Hüseynov, Cavid Tağıyev və Bəxtiyar Həsənalızadədən sonra Məlikovun da komandada qalacağı dəqiqləşib.
Fanat.Az