"Keşlə" ilk transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, Bakı klubu Azər Salahlını heyətinə qatıb. 24 yaşlı müdafiəçi ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Azər Salahlı "Keşlə"nin (həmin vaxt "İnter" adlanırdı) yetirməsidi. 2016-cı ildə "Qarabağ"a transfer olunan futbolçu sonradan "Sumqayıt"a keçib. O, 2016/17 mövsümündə meydana çıxdığı 32 rəsmi oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Fanat.Az