Topaz Premyer Liqasının debütantı "Sabah" ilk rəsmi transferini həyata keçirib.
Fanat.Az xəbər verir ki, bu barədə "Report"a komandanın baş məşqçisi Elşad Əhmədov məlumat verib. O bildirib ki, Tərzin Cahangirovla 2 illik müqavilə bağlanılıb.
48 yaşlı mütəxəssis Kərim Diniyev və Məqsəd İsayevlə də anlaşdıqlarını, lakin sözləşmənin yaxın günlərdə rəsmiləşəcəyini əlavə edib.
Əhmədov həmçinin 2 legionerlə danışıqlar apardıqlarını açıqlayıb: "Qanalı hücumçu Latif Amadu və xorvatiyalı yarımmüdafiəçi Antun Paliçlə danışıqlarımız davam edir. Onları yeni mövsümdən komandamızda görmək istəyirik. Lakin hələ keçidləri rəsmiləşməyib. Digər izlədyimiz yerli və əcnəbi futbolçular da var. Hamısını nəzərdən keçiririk".
Qeyd edək ki, 26 yaşlı Tərzin Cahangirovun son klubu Premyer Liqada sonuncu yeri tutan "Kəpəz" olub. O, əvvəllər "Qəbələ", "Sumqayıt", "Zirə" və "Neftçi"də də çıxış edib.
Fanat.Az