Son olaraq I divizionda "Xəzər"də çıxış edən Tərlan Əhmədlinin yeni klubu bəllidi.
Fanat.Az xəbər verir ki, 23 yaşlı qapıçı karyerasını Premyer Liqada davam etdirəcək. Əhmədli debütant "Sabah"la 1 illik müqavilə imzalayıb.
Əhmədli Premyer Liqada "Sumqayıt"ın heyətində də çıxış edib. O, "Xəzər”də rəhbərliyi altında oynadığı Elşad Əhmədovun dəvəti ilə debütanta gəlib.
"Sabah" daha öncə Tərzin Cahangirov, Kərim Diniyev, Məqsəd İsayev, Novruz Məmmədov, Vadim Abdullayev, Tural Qürbətov, Bəxtiyar Soltanov və Albaniyanın "Teuta" klubundan qanalı forvard Amadu Latifi ilə Buxarest "Dinamo"sundan ayrılan xorvatiyalı yarımmüdafiəçi Antun Paniçi sıralarına qatıb.
Fanat.Az