"Türkiyə Superliqasına getmək variantı real idi. Amma Azərbaycanda qalmağa qərar verdim”.
Bu sözləri Fanat.Az-a açıqlamasında "Qarabağ”ı "Sumqayıt”a dəyişən Əfran İsmayılov deyib. Yarımmüdafiəçi seçimi ailəsinə görə etdiyini vurğulayıb: "Əlbəttə, karyera baxımından ölkədən kənara çıxmaq daha yaxşı olardı. Amma ailə də var. Xeyli düşünəndən sonra yerli kluba keçməyə üstünlük verdim. Ailəm üçün belə daha rahatdı”.
Fanat.Az