18:18 11.06.2018 2498

Cavid İmamverdiyev oynayacağı klubun adını açıqladı

"Qazaxıstan yığması yaxşı komanda olsa da, böyük hesablı məğlubiyyəti təsadüfi nəticə sayıram. Latviya ilə görüşdə isə nəyə qadir olduğumuzu göstərdik. Belə bir rəqibi səfərdə 3:1 hesabı ilə üstələməyimiz bizim üçün stimuldur. Həmçinin, Qırğızıstanı da məğlub edə bildik”.

Bunu "Report”a Azərbaycan millisinin futbolçusu Cavid İmamverdiyev Qırğızıstan (3:0), Qazaxıstan (0:3) və Latviya (3:1) yığmalarına qarşı yoldaşlıq görüşlərini şərh edərkən deyib.

28 yaşlı yarımmüdafiəçi bildirib ki, yığmanın qarşısında duran əsas vəzifə Millətlər Liqasında uğurla çıxış etməkdir: "Millətlər Liqasına hazırlaşırıq və baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq. Millimizin çox yaxşı yerlərə gələcəyinə inanıram. Millətlər Liqasından başıuca çıxmaq üçün əlimizdən gələni artıqlaması ilə edəcəyik. İlk növbədə, qrupdan çıxmağı hədəfləmişik. Düzdür, oyunlar çətin olacaq. İndiki dövrdə zəif rəqib yoxdur. Bütün ölkələr futbol oynamağı bacarırlar. Ancaq biz də öz gücümüzə inanırıq”.

Adı "Qarabağ", "Neftçi" və "Qəbələ" ilə yanaşı hallanan İmamverdiyev klub karyerası barədə də danışıb. O, 2018/19 mövsümünün sonuna qədər müqavilə üzrə məxsus olduğu "Sumqayıt”da qalacağını deyib: "Klubumla müqaviləm var və güman ki, burada qalacağam. Düzdür, daha da böyük klublarda oynamaq istərdim. Ancaq müqaviləm var və buna uyğun hərəkət etməliyəm. Bundan sonra da "Sumqayıt”da elə oyun göstərməliyəm ki, Qurban Qurbanov məni yenə milliyə çağırsın. Klub karyerası öz yerində, yığmanın mənafeyi hər şeydən önəmlidir”.

Qeyd edək ki, Cavid İmamverdiyev İdman Araşdırmalar Mərkəzinin "Report”un dəstəyi ilə futbolçular arasında keçirdiyi sorğuya əsasən, 2017/2018 mövsümünün ən yaxşı oyunçusu seçilib. 

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

10:20

Klublararası dünya çempionatında son 1/4 finalçılar müəyyənləşir

10:01

"Beş-altı qol vura bilərdik" - Bernardu Silva "Əl-Hilal"a məğlubiyyətin səbəblərini dedi

09:23

David Ançelotti atasının "Real"da gənclərə güvənməməsindən danışdı - "Onlara böyük pullar yatırılıb"

09:00

"Mançester Siti" "Əl-Hilal"la bacarmadı

01:05

Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

30 İyun 2025
23:50

Azərbaycanın 3 güləşçisi finala yüksəldi

23:15

Arda Turan "Fənərbağça"nın 2 futbolçusunu "Şaxtyor"a aparır - SON DURUM

22:41

"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

22:02

Premyer Liqa klubu 5 futbolçu ilə yollarını ayırdı - ADLAR

21:40

Rəşad Sadıqov "Qarabağ"la oyundan nə danışdı?

21:14

"Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil" - Qurban Qurbanov

Facebookdan bizi izləməyi unutmayın.
X