2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt” daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, "Gənclik şəhəri” təmsilçisi Donetsk "Şaxtyor”unun üzvü Murad Xaçayevi 1 illik icarəyə götürüb.
Qeyd edək ki, Ukrayna klubun əvəzedici komandasının formasını geyinən 20 yaşlı futbolçu U-21 millimizin şərəfini qoruyur.
Fanat.Az