"Neftçi”nin yeni baş məşqçisi Roberto Bordinin daha bir köməkçisinin adına aydınlıq gəlib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsüm də bu vəzifəni yerinə yetirən İqor Getmanla müqavilə 1 il müddətinə artırılıb.
Getmanla yanaşı, Füzuli Məmmədov, Etibar Tarıverdiyev (qapıçılar üzrə) və Andrea Vezzu (fiziki hazırlıq üzrə) da baş məşqçiyə kömək edəcəklər.
Qeyd edək ki, İqor Getman 1991-1992, 1998-2007-ci illər ərzində "Neftçi”də çıxış edib, 236 oyun keçirib, 7 qol vurub. "Neftçi”nin heyətində Azərbaycan çempionatının (1992, 2004, 2005), ölkə kubokunun (1999, 2004) qalibi olan Getman müstəqillik dönəmində bu komandada ən çox oyun keçirən futbolçudu. O, 1995-2001-ci illər ərzində Azərbaycan millisinin heyətində 24 oyunda meydana çıxıb.
Bunadək də əsas komandada məşqçi, əvəzedici heyətdə isə baş məşqçi vəzifələrində çalışan 47 yaşlı mütəxəssis UEFA-nın A kateqoriyalı məşqçisidi.
Fanat.Az