"Zirə” yay fasiləsində növbəti transferini reallaşdırıb.
Fanat.Az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, bakılılar Kamal Mirzəyevlə anlaşıb.
23 yaşlı yarımmüdafiəçi ilə birillik müqavilə bağlanılıb. Onun sonuncu klubu "Sumqayıt” olub. Mirzəyev daha əvvəl "Qəbələ” və AZAL-da da çıxış edib.
Qeyd edək ki, "Zirə" bundan əvvəl "Neftçi"dən ayrılan İlkin Qırtımovu heyətinə qatıb.
Fanat.Az