17:01 14.06.2018 1471

Mahmud Qurbanov: "Bu bazaya 13 ildə 2 dəfə gəlmişdim"

Bu günlərdə "Neftçi”nin əvəzedici komandasının baş məşqçisi vəzifəsinə təyin olunan Mahmud Qurbanov klubun rəsmi saytına müsahibə verib.

Fanat.Az xəbər verir ki, keçmiş günləri xatırlayan gənc mütəxəssis əvəzedici heyətlə bağlı planları haqda da danışıb.


- 13 ildən sonra yenidən "Neftçi”yə qayıtdınız. Təəssüratlarınız necədir?

- Təəssüratlarım çox yaxşıdır. Düzdür, bazamız dəyişilib. Bu 13 il ərzində Nobel prospektindəki bazaya cəmi 2 dəfə gəlmişdim, indi isə hər gün burada olacağam. Bu da çox sevindirici haldır.

 

- Köməkçiləriniz kimlər olacaq?

- İndi bu suala cavab verə bilmərəm. İyunun 20-dən sonra seleksiya xarakterli toplanışlarımız olacaq. Həmin toplanışlarda həm əvəzedici, həm də U-19 komandasının futbolçuları iştirak edəcəklər. O toplanışdan sonra bir çox məsələyə aydınlıq gələcək.

 

- Əvəzedici komandanın əsas məqsədi nə olacaq, çempion olmaq, yoxsa əsas komanda üçün futbolçu yetişdirmək?

- Əsas məqsəd futbolçulara onların artırmaq arzularının reallaşmasına kömək etmək olacaq. Hər bir oyunçu dərk etməlidir ki, Azərbaycanın ən köklu klubunda oynayır, istər əsas, istərsə də əvəzedici heyətdə. Təbii ki, komandamızın nəticələri uğurlu olsa, biz liderlərin sırasında olsaq, əsas komandanın da diqqətini cəlb edəcəyik. Amma, yenə deyirəm, oyunçuların inkişafına kömək etmək ən önəmli məqsədimiz olmalıdır.

 

- Azərbaycanın ən titullu futbolçususuz, 11 dəfə ölkə çempionu olmusuz. Bundan başqa, Azərbaycan Kubokunu qazanmısız, "Birlik Kuboku”nun qalibi olmusuz. Futbolçulara qalib psixologiyasını, qələbə ruhunu necə aşılayacaqsız?

- Hər bir komanda üçün qələbə ruhu vacibdir. Mənə "artırmağı" arzulayan, öz üzərində çalışan, məğlubiyyətlə barışmayan, əzmkar futbolçular lazımdır. Əlbəttə, öz biliklərimi, oyunçu və məşqçi kimi toplandığım təcrübəni onlarla bölüşəcəm. Fərdi danışlıqlarımız da olacaq. Hər oyunçuya xüsusi bir yanaşma lazımdır. Məşqçi heyəti futbolçulara, futbolçular da məşqçi heyətinə inanmalıdır. Uğurun açarlarından biri məhz budur.

 

- Futbolçu və məşqçi kimi bir çox mütəxəssislə çalışmısız. Onlardan hansı sizə daha çox təsir göstərib?

- İşlədiyim hər bir məşqçi mənim üçün xüsusi rol oynanyıb və məşqçi kimi formalaşmağımda hər bir mütəxəssisin öz payı var. Berti Foqts, Robert Prosineçki, Ağasəlim Mircavadov – onların futbola baxışları fərqlənsə də, hər birindən ən yaxşını alıb, öz işimdə istifadə etməyə çalışıram.

 

- "Neftçi”də oynadığınız dövrdə üç ən yaddaqalan oyun və ya hadisə hansı olub?

- Birinci yerdə mənim üçün həmişə 2005-ci ildə Gəncədə keçirilmiş "Qızıl oyun” olacaq. "Xəzər Lənkəran”ın güclü komandası var idi. Biz ilk hissədən sonra hesabda geridə olsaq da, ikinci hissədə iki qol vuraraq çempion olduq. Sonra "Pünik”i məğlub etməyimiz gəlir. Həmin il finalda uduzub, "Birlik Kuboku”nu qazana bilməsək də, "Pünik” üzərində qələbə o oyunda iştirak edən futbolçularımızdan heç birinin yadından çıxmaz. Üçüncü yerdə isə... Bilirsiz, "Neftçi”nin heyətində qazandığım hər bir titul mənim üçün əzizdir. Ona görə də komandamızın heyətində qazandığım Azərbaycan çempionluğu və kubokun qalibi titullarını məhz bu pilləyə yerləşdirərdim.

 

- Azarkeşlərə nə demək istəyirsiz?

- "Neftçi”nin azarkeşləri Azərbaycan futbol tarixinin bir parçasıdır. Onlar həmişə öz komandalarının yanındadırlar. Azarkeşlərimizdən xahişim budur ki, əsas komandanı dəstəklədikləri kimi gəlib əvəzediciləri də dəstəkləsinlər. Biz isə onları sevindirmək üçün əlimizdən gələni edəcəyik.

 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
23:50

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

23:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:06

"Sabah"da yeni legioner - RƏSMİ

22:44

"Bu mənim başıma daha gənc olanda gəlsəydi..." - Daniel Karvaxal

22:16

U-20 AÇ-yə 3 "gümüş"lə start verdi

21:53

"Braziliyanı dünyanın ən uca zirvəsinə qaldırdıq" - Kano "İnter" üzərində qələbəni dəyərləndirdi

21:15

"Zirə"nin "Hayduk"la mübarizədən qalib ayrılacağına inanıram" - 2007/2008 mövsümünün bombardiri

20:48

Yaxşıbəyov "Sumqayıt"a "pul oxudu"

20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

10:20

Klublararası dünya çempionatında son 1/4 finalçılar müəyyənləşir

10:01

"Beş-altı qol vura bilərdik" - Bernardu Silva "Əl-Hilal"a məğlubiyyətin səbəblərini dedi

Facebookdan bizi izləməyi unutmayın.
X