"Qəbələ”nin Avropa Liqasının Əsas yolunun I təsnifat mərhələsində "Proqres”ə qarşı keçirəcəyi oyunların yeri dəyişdirilib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, iyulun 12-də baş tutacaq ilk qarşılaşma Qəbələ şəhər stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.
Komandalar arasında cavab oyunu isə iyulun 19-da Lüksemburqda keçiriləcək.
Fanat.Az