"Neftçi”nin braziliyalı yarımmüdafiəçi Dario Frederiko komandanın indiki durumundan və Avropa Liqasının püşkü nəticəsindən klubun rəsmi saytına açıqlama verib:
"Komandanın durumu yaxşıdı. Hazırlıq əla keçir, bizim çox mehriban kollektivimiz var”.
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacığımız Macarlstanın "Uypeşt” komandasına gəlincə, Frederiko deyib: "Rəqib haqqında ətraflı məlumatımız olmasa da, məşqçilər "Uypeşt”i təhlil edib bizimlə bu informasiyanı bölüşəcək”.
Frederiko "Neftçi”nin ilk təsnifat mərhələsini adlamaq üçün hər şeyi edəcəyini vurğulayıb: "Əlimdən gələni edəcəm ki, "Neftçi”yə mərhələ adlamaq üçün kömək edim. Bizim yaxşı oyunçularımız var, bunu da meydanda sübut eməliyik”.
Fanat.Az