2018/19 mövsümündə "Sumqayıt”a rəhbərlik edəcək Nazim Süleymanovun köməkçilərindən biri müəyyənləşib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Emil Babayev qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, 37 yaşlı mütəxəssis 2008-2009-cu illər ərzində "Neftçi"nin əvəzedici komandası, 2009-2011 "Rəvan", 2012-2015 "Simurq", 2016-2018-ci illər ərzində isə Moskva MOİK-nin Futbol Akademiyasında çalışıb. Babayev həmçinin 2008-2011 U-15 və U-17 yığmalarımızda da işləyib.
Fanat.Az