Yeni mövsüm hazırlıqlarını Avstriyada davam etdirən "Qarabağ” bu gün ilk yoxlama görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan çemionunun rəqibi "Ludoqorets” olub.
Bolqarıstan təmsilçisi ilə görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. Qurban Qurbanovun yetirmələri ilk hissədə hesabda geri düşsə də, ikinci yarıda cavab qolunu vurmağı bacarıb. Dani Kintana komandasını məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, "Qarabağ" "Ludoqorets"lə yanaşı, iyunun 26-da "Vakker İnsbruk" (Avstriya), 30-da Suriya yığması, iyulun 4-də isə "Dinamo" (Kiyev, Ukrayna) klubları ilə də yoxlama oyunları keçiriəcək.
Yoxlama oyunu
23 iyun
Ludoqorets - Qarabağ 1:1
Qollar: Yakub Svierczok, 33 - Dani Kintana, 52
Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 52. Yakub Jezniçak, 30. Abbas Hüseynov, 77. Donald Gerrye, 2. Qara Qarayev, 19. Filip Ozobiç, 8. Miçel, 91. Coşqun Diniyev, 99. Dani Kintana, 11. Mahir Mədətov.
Baş məşqçi: Qurban Qurbanov.
Fanat.Az