"Qarabağ" daha bir bir qapıçıdan yox cavabı alıb.
Fanat.Az xəbər verir ki, Şotlandiyanın "Harts” klubunun qapıçısı Con Maklaflin Azərbaycana gəlməkdən imtina edib.
"Daily Express”in məlumatına görə, 30 yaşlı qapıçıya İngiltərədən təkliflər var və o, karyerasını bu ölkədə davam etdirmək niyyətindədi. Maklaflinin "Sanderlend”lə anlaşmağa yaxın olduğu bildirilir.
Qeyd edək ki, bundan əvvəl İtaliyanın "Peskara” klubunun qapıçısı Vinçenço Fiorello "Qarabağ"ın təklifindən imtina etmişdi.
Fanat.Az