"Keşlə"nin futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsində Maltanın "Baltsan" klubuna qarşı ilk oyununun keçiriləcəyi stadion və matçın başlama saatı açıqlanıb.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüş iyulun 12-də Ta Qali şəhərindəki Milli Stadionda baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.
Qeyd edək ki, cavab görüşləri iyulun 19-da keçiriləcək.
Fanat.Az