"Qarabağ”dan ayrılan İbrahim Şehiçin "Ərzurumspor”a keçidi alınmayıb.
Fanat.Az xəbər verir ki, Türkiyə Super Liqasına bu il yüksələn "Əruzumspor" onun əvəzində azərbaycanlı qapıçıya elçi düşüb.
"Fanatik” qəzetinin iddiasına görə, "Ərzurumspor” Emil Balayevi transfer etməyi hədəfləyib. Onun komandaya pulsuz başa gələcəyi, "Səbail”in futbolçunu azad agent kimi buraxmağa hazır olduğu bildirilir.
Xəbərdə Emilin milli komandada gələcəyin "1 nömrə”si olduğu və "Azəri Buffon” kimi tanındığı da vurğulanır.
Fanat.Az