Milli komandamızın üzvü Ramil Şeydayevin "Trabzonspor"dakı taleyinə gələn ay aydınlıq gələcək.
Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Hazırda Ramil və ötən mövsüm müxtəlif klublarda icarə əsasında çıxış edən digər futbolçular "Trabzonspor"un məşqlərində iştirak edir. Onlar iyulun 1-də Sloveniyaya təlim-məşq toplanışına da aparılacaq. Baş məşqçi Ünal Karaman məhz orada komandada kimlərin qalıb-qalmayacaqlarına qərar verəcək.
Qeyd edək ki, Ramil Şeydayev ötən mövsümü icarə əsasında "Qarabağ"da çıxış edib. Onun Avstriya Bundesliqasında çıxış edən "Mattersburq"a keçəcəyi deyil.
Fanat.Az