Yeni mövsümün hazırlıqlarını Sloveniyada davam etdirən "Qəbələ” bu gün ikinci yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar” Xorvatiyanın "Dinamo” klubu ilə qarşılaşıb.
Zaqreb təmsilçisi ilə görüş Murska Sobota şəhərinin "Mura” stadionunda baş tutub. Qarşılaşmanın taleyi ikinci hissədə həll olunub. İki qol vuran xorvatiyalılar 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Qəbələ” ilk yoxlama oyununda Albaniyanın "Kukesi” klubu ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
Yoxalama oyunu
28 iyun
Qəbələ (Azərbaycan) - Dinamo (Zaqreb, Xorvatiya) 0:2
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 27. Bəhlul Mustafazadə, 33. Təmkin Xəlilzadə, 34. Ürfan Abbasov, 4. Elvin Camalov, 88. Sabien Lilay, 11. Asif Məmmədov, 7. Roman Hüseynov,28. Stiven Monroz, 10. Rauf Əliyev.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 18. İlqar Qurbanov, 26. Faiq Hacıyev, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 89. Abbas Ağazadə.
Baş məşqçi: Sənan Qurbanov.
Fanat.Az