Ramil Şeydayev "Trabzonspor"un son məşqinə qatılmayıb.
Fanat.Az xəbər verir ki, milli komandamızın 22 yaşlı hücumçusu Super Liqa klubunun düşərgəsini tərk edib. Ona transfer danışıqları aparması üçün icazə verilib. Lakin gənc forvardın hansı klubla görüşəcəyi açıqlanmır.
Qeyd edək ki, bir müddət əvvəl Ramil Şeydayevin Avstriya Bundesliqasında çıxış edən "Mattersburq"a keçəcəyi xəbərləri yayılıb. Şeydayev ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib.
Fanat.Az