Araz Abullayev yenidə Yunanıstanda çıxış edə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. Bildirilir ki, "Qəbələ"nin və milli komandamızın yarımmüdafiəçisinin xidmətində "Panionios" maraqlıdı.
Super Liqa klubunun müəyyən məbləğ ödəməklə 27 yaşlı futbolçunu heyətinə qatmaq istədiyi bildirilir. Hətta həmkarlarımız Arazın "Panionios" klubu ilə razılığa gəldiyini və bu barədə "Qəbələ" rəhbərliyi ilə danışdığını da iddia edib.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında Cənubi Kiprin "Anortosis" klubunda çıxış edən Araz 2011-ci ilin dekabrından 2012-ci ilin fevralına qədər "Panionios"un formasını geyinib. Həmin vaxt futbolçumuzu Yunanıstan təmsilçisinə İngiltərənin "Everton" klubu icarəyə vermişdi.
Fanat.Az