2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt” klubu daha bir futbolçunu heyətinə qatıb.
Fanat.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının müdafiəçisi Dmitri Nağıyevlə 1 illik müqavilə imzalayıb. Nağıyev "gənclik şəhəri" təmsilçisində 33 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 2012-ci ildən Ukrayna "Dnepr”ində (13 oyun, 1 qol) çıxış edən Dmitri Nağıyev ötən mövsümü Avstriyanın "Qarabağ Vyana" klubunda (15 oyun, 1 qol) keçirib. Nağıyev həmçinin 2015-2016 ci illərdə U-21 millisində 2 oyunda meydanda olub.
Fanat.Az