"Qarabağ"dan ayrıldıqdan sonra həqiqətən də bir çox klubdan təklif almışdım".
Fanat.Az xəbər verir ki, bu sözləri Qazasıtanın "Astana" klubu ilə müqavilə imzalayan Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda deyib.
O, Qazaxıstan klubuna keçidindən danışıb. Braziliya əsilli yarımmüdafiəçi Çempionlar Liqasında iştirak etmək və Qazaxıstan çempionu olmaq üçün keçdiyini bildirib: "Bu klubdan iki həftə əvvəl təklif aldım. Bu, özüm və ailəm üçün maraqlı gəldi, "yox" deyə bilmədim. Artıq Çempionlar Liqasının qrup mərhələsində oynamışam. "Astana" ilə də yenidən bu turnirin əsas mərhələsində çıxş etmək istəyirəm. Bunun çətin olduğunu bilirəm. Çünki biz Çempionlar Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacağıq. Komandamın qrup mərhələsinə vəsiqə qazanması və Qazaxıstan çempionu olması üçün əlimdən gələn köməyi etməyə və maksimumumu ortaya qoymağa çalışacağam".
Qeyd edək ki, hazırda "Astana"ya "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk rəhbərlik edir.
Fanat.Az