"Neftçi” Mayk Kampazdan canını qurtara bilmir.
Fanat.Az xəbər verir ki, kolumbiyalı futbolçunu heyətdə görmək istəməyən baş məşqçi Roberto Bordin rəhbərliyə onun çox zəif olduğunu və bu səviyyədə futbolçunun transfer edilməsinə təəccübləndiyini bildirib.
Bakı təmsilçisinə fırıldaqçı menecerlər tərəfindən belə desək, "yapışdırılan" yarımmüdafiəçi isə qazancından olmaq niyyətində deyil. Belə ki, o, klubun bossları ilə görüşdə müqaviləsinin müddəti başa çatana qədər "Neftçi”də qalacağını söyləyib. Kampaz yalnız tərəflər arasında imzalanan sazişin sonuna qədər hər ay müəyyən hissəsini almalı olduğu 60 manat hesabına köçürüləcəyi halda okeanın o tayına dönməyə razılaşacağını bildirib. Onu dinlədikdən sonra bu məbləğin 1/3 hissəsini ödəyə biləcəklərini deyən bakılıların təklifi isə orta xətt oyunçusunu razı salmayıb.
Hazırda futbolçu əvəzedici komandadadı və anlaşma qüvvədən düşənədək Mahmud Qurbanovun rəhbərliyi altında top qovmaqdan məmnundu. İndiki performansı ilə başqa klublardan heç 30 minlik müqavilə təklifi almayacağını bildiyindən başını girləyib pulunu qazanacaq.
Getmək üçün nə qədər pul istədiyini dəqiqləşdirə bilmədiyimiz Lukas Qomez də eyni səbəbdən əvəzedicilərin sıralarındadı.
Fanat.Az